Gömrük Akademiyasında dərslər distant formada davam edir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 oktyabr 2020-ci il tarixli "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə" qəbul etdiyi Qərarına uyğun olaraq, noyabrın 2-dən respublika ərazisində bütün ali təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant ( məsafədən) formada təşkili həyata keçirilir.
Dövlət Gömrük Komitəsinin Akademiyasında bu gündən distant dərslər davam etdirilir.
Distant dərslər Akademiyada bütün səviyyələr, kurslar və akademik qrupları əhatə edir. Belə ki, birinci kurslar da bu gündən distant formada tədrisə cəlb olunub. Dərs cədvəli həm Akademiyanın elektron sisteminə, həm də Teams platformasına daxil edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi